Aktrisanı bir də bikinidə və makiyajsız görün - fotolar
Amerikalı aktrisa Yeva Lonqoriya FİFA-nın İsveçrənin Sürix şəhərində keçirdiyi qala gecəsinin aparıcısı olub. İsveçrəyə gələn aktrisa orada buzlu hovuza girib. Bikinidə soyuq suya girən Yeva makiyajsız halını "Twitter" və "Snapchat"də izləyiciləri ilə paylaşıb. "Demək, əzizlərim. Orada buz var, eyni zamanda qaynar su. Mən ayağımı buzun üstünə qoya bilmirəm. Çünki çox soyuqdur", - deyə Lonqariya qeyd edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.