banner
banner

Şou

Aleyna Tilki və ailəsi məhkəməlik oldu

Aleyna Tilki və ailəsi məhkəməlik oldu

Məhkəmənin çıxartdığı qərarı yerinə yetirməyən popçu Aleyna Tilki və ailəsi ifadə verməyə məcbur olublar.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir müddət əvvəl polisə müğənninin ailəsi tərəfindən saxlanılmağa möhtac olduğu yaşda çalışdırılaraq istismar edildiyi barədə şikayət daxil olub.

Naməlum şəxs tərəfindən edilən şikayətdə 16 yaşlı Tilkinin həm cinsi istismara məruz qaldığı, həm də spirtli içki içilən məkanlarda səhnəyə çıxdığı bildirilib.

Məhkəmə verdiyi qərarın yerinə yetirilməməsi səbəbindən hərəkətə keçib.

İfadəsi alınan müğənni ailəsi tərəfindən istismar edilmədiyini, təhsilini davam etdirməklə yanaşı konsertlərdə də çıxış edərək istedadını ortaya qoyduğunu söyləyib. O, Selena Qomez kimi məşhur ulduzların da onun yaşında olarkən sənətə başladığını və onlar kimi ola biləcəyini deyib.

Ailəsi isə onun təhsilinə böyük önəm verdiklərini, qızlarını heç vaxt istismar etmədiklərini dilə gətiriblər.

Qeyd edək ki, daha öncə də bununla bağlı məsələ qaldırılmış və məhkəmə müğənninin gecə gec saatlara qədər səhnədə olmaması və spirtli içki içilən məkanlarda iştirak etməməsi barədə qərar qəbul etmişdi. Araşdırma davam etdirilir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.