“Bred Pitt əvvəlki günləri üçün darıxır və bunu heç kim gizlətmir”. Bunu aktyorun yaxın dostu deyib. Onun sözlərinə görə, Bred heç kim utanmadan övladları və keçmiş xanımı Ancelina Coli üçün göz yaşları tökür. “Pitt Yeni ili tək keçirdikdən sonra daha da pis olub. O, günü gündən arıqlayır. Hər gün də ağlayır. Düzdür, Miladda o, övladları ilə birlikdə oldu. Amma ondan sonra da onun uşaqlarını görmək imkanı yoxdur. Bred ailəsi üçün çox darıxır”, - deyə aktyorun dostu bildirib.
Qeyd edək ki, Ancelina Coli Pittdən boşanmaq üçün ötən ilin sentyabrda qəflətən boşanma üçün məhkəməyə müraciət edib. Cütlüyün ayrılmasına səbəb kimi Bred Pittin həyat yoldaşına aktrisa Merion Kotiyarla xəyanət etməsi göstərilsə də, sonradan Kotiyar xəbərin yalan olduğunu bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.