Bakıda daha bir marşrutun hərəkət istiqaməti dəyişdirildi
Paytaxtda daha bir marşrut avtobusunun hərəkət istiqaməti dəyişdirilir. Bu haqda cia.az-a Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin rəhbəri Mais Ağayev məlumat verib.
O deyib ki, yanvarın 16-dan Nəriman Nərimanov prospektində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacağından, həmin prospektdən keçən 37 saylı marşrut xəttinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik edilib.
Belə ki, təmirdən əvvəl Nəriman Nərimanov prospekti ilə hərəkət edən 37 nömrəli marşrut xətt avtobusları təmir işləri yekunlaşana qədər müvəqqəti olaraq İnşaatçılar prospekti - Landau küçəsi- Hüseyn Cavid prospekti -Landau küçəsi - Qurban Xəlilov küçəsi ilə keçməklə hərəkət edəcəklər”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.