banner
banner

Şou

"O gündən aramızda eşq yarandı" - Britni Spirs

"O gündən aramızda eşq yarandı" - Britni Spirs

Amerikanın səhər verilişlərindən birində qonaq olan pop ulduz Britni Spirs yeni sevgilisi Sem Əsgəri haqda maraqlı açıqlama verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ifaçı bildirib ki, onu model ilə birləşdirən eyni yeməklərə maraqlarının olması olub:

"Hər şey "Slumber Party" klipinin çəkilişi zamanı başladı. Dubllar arasında 20 dəqiqəlik fasilə olurdu. Bu zaman aramızda söhbət yarandı. Aydın oldu ki, ikimiz də yapon mətbəxini sevirik. Onu suşi yeməyə dəvət edəcəyimi bildirdim. Nömrəsini yazıb mənə verdi. 2 aydan sonra onun nömrəsini çantamın içindən tapdım. Yadıma düşdü ki, Semə söz vermişəm. Onu yapon restoranına dəvət etdim. Mehriban və əyləncəli biri idi. O gündən aramızda eşq yarandı. İndi isə boş vaxtlarımızı bir yerdə keçiririk".

Qeyd edək ki, bir müddət əvvəl 23 yaşlı Asgarinin 27 yaşlı model Morqan Osmana gözünün düşdüyü haqqında məlumat yayılıb. Məlumata əsasən, bu barədə Morqan özü bildirib. O, İnstaqram səhifəsində Semin onu öpın yerdə şəklini yerləşdirib və yazıb:

“Gülməli vəziyyət idi, amma o qədər xoş xatirələr var idi ki…”

Bundan sonra Britninin fanatları Osmanı tənqid atəşinə tutublar və o, fotonu səhifəsindən silib. Şəklin yeni və ya bir neçə il bundan əvvəl çəkildiyi dəqiq bəlli deyil. Sem bu barədə hələ ki, açıqlama verməyib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.