Bir müddət bundan öncə Zoya SüleymanovaAzərbaycan Müəllimlər İnstitutunun Mingəçəvir filialının keçmiş direktoru, hazırda isə Zaqatala filialının direktoru Orucəli Rzayevə qarşı rüşvət ittihamı irəli sürərək bildirmişdi ki, Orucəli Rzayev onun işdən azad olunmaması üçün 4000 manat tələb edib və 1000 manat aldıqdan sonra onu “ixtisara” salıb.
Bu barədə mətbuatda çıxış etdikdən sonra isə Orucəli Rzayev məhkəməyə müraciət edərək sabiq işçisindən 500 min manat təzminat istəyir.
Qeyd edək ki, AMİ Mingəçevir filialının kitabxanasında çalışan Zoya Süleymanova Sovet İttifaqı qəhrəmanı Qolovçenko İvan Qavriloviçin nəvəsidir. Ölkə başçısı İlham Əliyevə müraciətində Sovet İttifaqı Qəhrəmanının nəvəsi prezidentdən ona qarşı olan təzyiqlərə və haqqsızlığa son qoyulmasını istəyir.
PİA.AZ Zoya Süleymanovanın prezidentə müraciətini olduğu kimi oxucularının diqqətinə çatdırır:
“Möhtərəm Prezident İlham Əliyev və ölkəmizin birinci xanımı hörmətli Mehriban xanım!
Sizə təkrar müraciət edərək bildirmək istəyirəm ki, mən AMİ Mingəçevir filialında aylar öncə ixtisar adıyla işdən azad olma təhdidinə məruz qalmışdım. Bundan sonra filialda ixtisar söhbəti dayandı. Lakin Müəllimlər İnstitutu Mingəçevir filialının sabiq , Zaqatala filialının indiki direktoru Orucəli Rzayev məni məhkəməyə verərək 500 000 manat təzminat qoyub. Haqqını tələb etməyin bədəli 500 000 manatdırmı? Mən onun şərəf və ləyaqətini alçaldan nə demişəm ki? Məndən 4000 manat məbləği ixtisar adıyla istəyib, mən isə borc-xərc edərək 1000 manat vermişəm. Tək mən yox, filialın bütün əməkdaşları verib. Lakin heç kəs ixtisara düşməyib. O zaman öz ərizəmlə ixtisara düşdüyüm üçün məni kitabxanaya keçirmələrini yazmışam. Məhkəmə prosesi zamanı bilindi ki, Orucəli Rzayevin vəkili Kərimli Ruhiyyə xanımın heç vəkalətnaməsi də yoxdur. Bu belə neçə iclaslar zamanı davam etdi. 500 000 manat özü gülünc səslənir. Orucəli müəllimə məndən aldığı 1000 manat azdırmı? İndi də ayda 120 manat əmək haqqı alan, bu ayın əvvəlindən ayın sonuna zorla çatdıran adamdan haqsız ikən 500.000 manat tələb edir? Məhkəməyə gələn şahidlərimdə bildirdilər ki,onlar ixtisara düşməmək üçün pul veriblər. Məhkəməyə daha çox adam gələ bilərdi, lakin işdən azad olunmaqlarından qorxurlar. Məhkəmə prosesi zamanı mənim şahidlərimə təzyiq göstərildi. Proses zamanı şahidə Orucəli müəllimin onu məhkəməyə verdiyini bildirdilər.
Mən bunun şahidimə təzyiq olduğuna etiraz etdikdən sonra şahid dinlənildi. Eyni zamanda məhkəmə iclasımda Rzayevin ərizəsinə əsasən şahidə qarşı iş açılmasıyla bağlı gün də təyin edildi. Belə iş olar? Bu hansı qanuna uyğundur? Mən vəkil tutmuşam. Düzdür borc edib pul az vermişəm amma buna baxmayaraq vəkilimdən baş açmadım. Deyirəm vəsatət yaz, deyir lazım deyil. Yazmadı. Axırda özüm audit aktının əslinin gətirilməsi ilə bağlı vəsatət yazmışam. Məhkəmə prosesində katib mənə deyir ki, burda verə bilməzsiniz, vəsatət poçt ilə göndərilməlidir. Indi isə gecikmisiniz. Bu hansı qanunvericiliyə sığır? Mən ali təhsilliyəm. 15 ildir ki, ali təhsil müəssisəsində işləyirəm, 8 il dəftərxana müdiri işləmişəm. Ərizə yazıb iş materialları və protokollarla tanış olmaq istəyirəm, icazə vermirlər.
Qərar verməliydilər. Vaxt təyin ediblə, getmişəm. Katib deyir ki, qaralamaya yazmışam, vaxtım yoxdur köçürməyə. Məhkəmə zalında şahidim Sevinc Məmmədova -filialın əməkdaşı ixtisarla bağlı pul verdiyini və mənim də borc axtardığımın şahidi olduğunu qeyd etdi. Bu halda hakim sual verdi: “Zoya xanım sizin yanınızda pul verib?” Kim kimin yanında pul verir , kim kimin yanında rüşvət verir? Sevinc xanım bildirdi ki, hamı təklikdə verib. Mən dəfələrlə tələb etdim ki, Orucəli Rzayevin curəti çatırsa, özü məhkəməyə gəlsin və mənim gözümün içinə baxıb desin ki ,səndən pul almamışam. Amma Orucəli Rzayev məhkəməyə gəlmədi.
Şahid Sevinc Məmmədova qeyd edir ki: “Adıma 500 vərəqdən ibarət 500 qutu kağız yazılıb. Bəzi sənədlərdə yerimə imza atıblar, bəzi sənədlərdə sıfırlar artırıblar. Audit aktında hamısı var”. Hakim sual verir ki, elə audit aktı varsa bəs Orucəli Rzayev niyə indiyə kimi Zaqatala filialında direktor işləyir? Niyə Korrupsiyaya qarşı Mübarizə idarəsi ona cinayət işi açmayıb? Mənə hələ də bu sualın bizə nə məqsədlə verilməsini anlamıram...
Məhkəmə prosesində əyləşən və heç nədən xəbəri olmayan insanların Orucəli Rzayev və onun fəaliyyəti haqqında kifayət qədər təsəvvürü oldu. Mənim birinci müraciətimdən sonra filiala 1 nəfər yoxlama gəldi. O isə qabaqcadan təlimatlandırılaraq göndərildiyi üçün filialın direktoru Rasim Şükürov və baş mühasib Heyran Şikarova kimləri dedisə onlardan izahat aldı. Orucəli müəllimin vəkili Ruhiyyə xanım məhkəmə prosesi zamanı bildirdi ki, biz Maliyyə Nazirliyindən komissiya gətirmişik, o, audit aktını ləğv edib. Mən inanıram ki, Orucəli Rzayev komissiya gətizdirə bilər amma anlaya bilmirəm ki, audit aktını necə ləğv eləmək olar? Onda məni niyə məhkəməyə verir? Audit aktını tərtib edən 4 nəfər maliyyə mütəxəssisini məhkəməyə versin.
Mən filialın kitabxanasında işləyirəm. Kitabxanayla bağlı ciddi maliyyə pozuntusunu qeyd edirəm . Heydər Əliyev Fondu tərəfindən hədiyyə olmuş kitablar belə qiymətləndirilərək vəsaiti mənimsənilib. Hədiyyə kitablara necə qiymət qoyula bilər? Dəftərxanada yoxlama zamanı aydın oldu ki, köhnə möhürün vaxtında təzə, təzə möhürün vaxtında köhnə möhürlü əmrlər var, əmr kitabları dəyişdirilib. Həmin saxtalığın üstünü örtüb, mənə niyə zülm verirlər? Məni susdurmaq üçün 500.000 manat təzminat qoyurlar. Orucəli Rzayevin təhsilə ləkə olan əməllərini Müəllimlər institutunun filialları da bilir. Bu halda o bütün Azərbaycanı da məhkəməyə verəcək?!
Bir daha Ölkə Başçım, möhtərəm Prezidentimə, Mehriban xanıma, Ədliyyə Nazirliyinə, Təhsil Nazirliyinə müraciət edirəm. Mənim harayıma səs versinlər, mənə kömək etsinlər. Bu qanunsuzluğa, özbaşınalığa son qoysunlar. Orucəli müəllimin pulu, arxası var deyə məni kimilərini əzməlidirmi? Mən Böyük Vətən müharibəsində Vətən uğrunda igidliklə vuruşan, 1945-ci ildə Polşada həlak olmuş Sovet İttifaqı qəhrəmanı Qolovçenko İvan Qavriloviçin nəvəsiyəm. Babama Rusiya Federasiyasının Krasnodar şəhərində və Krasnodar vilayətinin Severski rayonunda igidliyinə görə heykəl qoyulub. Atam Süleymanov Cuma Cümşüd oğlu Bakı şəhərin metropoliteninin tikintisində əməyinə görə, Ulu Öndərimiz H.Əliyev tərəfindən medalla təltif olunmuşdur. Mən Orucəli Rzayev kimi professor deyiləm amma mənim də ləyaqətim, mənliyim var. O, təhsil işçisinə, müəllimə , professora yaraşmayan şəkildə iddia ərizəsində məni alçaldıb. Xahiş edirəm, hüquqlarımın bərpasında mənə kömək edəsiniz. Cənab Prezident bu aylar boyu mənə olunan bu misilsiz zülmə son qoyulmasını və günahkarların cəzalandırılmasını Sizdən xahiş edirəm. Bu şəxslər vətəndaşların dövlətə, ədalətə inamını sarsıdırlar.Öz qanunsuz əməlləri ilə insanları intihara təhrik edirlər.
Dərin hörmət və ehtiramla, Zoya Süleymanova
Müraciətdə adı keçən şəxslərin mövqyeini dərc etməyə hazırıq…
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.