banner
banner

Sosİal

Azərbaycan qırqovul əti ixrac edə bilər

Azərbaycan qırqovul əti ixrac edə bilər

Ağstafa rayon sakini Vüqar İsayev şəxsi təsərrüfatında qırqovul bəsləməklə məşğuldur.

Trend-in məlumatına görə, təsərrüfat sahibi 3 il öncə gətirdiyi quşlardan indiyədək 600-ə yaxın qırqovul artırıb. Məqsədi quşçuluğun bu sahəsini qərb bölgəsində inkişaf etdirmək və gələcəkdə qırqovul ətinin ixracına nail olmaqdır.

Hazırda V.İsayev təsərrüfatı daxilində Rumıniya, Koreya, Fransa və digər ölkələrə məxsus 6-dan çox cinsin artırıldığını deyir.

Əsasən Fransadan gətirilən bu quşlar soyuğadavamlı olduğundan dağlıq və dağətəyi bölgədə onları yetişdirmək o qədər də çətinlik yaratmır. Xəstəliyə, soyuq və isti havaya dözümlü olan bu quşların əti çox dadlı olur. İl ərzində 3 ay müddətində yumurta qoyan bu quşlardan təbii və inkubator yolu ilə bala alınır. Qırqovulların bəslənməsi də çox rahatdır. Çəkisi 1.5 kiloqramadək olan qırqovullar ev quşları kimi dənli bitkilərlə və otla qidalanırlar. Lakin qiyməti ev quşlarından bir xeyli bahadır. Qqırqovulların biri 35-50 manata satılır.

Qırqovulun ən bahalı növü kral cinsidir. Ölkəmizdə qırqovulun əsasən qızılı, məxməri, Qafqaz növləri saxlanılır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.