Latın Amerikasında təşkil olunan mükafatlandırma mərasimində aktrisa Beren Saat da iştirak edib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Beren "Ən yaxşı aktrisa" və "Ən seksual aktrisa" nominasiyaları üzrə birinci seçilib.
Peru TV-nin təşkil etdiyi "Latina Turkish Awards" festivalında internet üzərindən 1 milyon izləyici arasında keçirilən səsverməyə görə, kanalda yayımlanan "Aşk-ı Memnu" serialı ilin ən yaxşı serialı ilə yanaşı 9 fərqli mükafat qazanıb.
Həmçinin, eyniadlı serialda "Matmazel Deniz" obrazını canlandıran Zerrin Tekindor "Unudulmaz xarakter", "Firdevs Yüreoğlu" obrazına görə isə Nebahat Çehre "Ən yaxşı köməkçi aktrisa" mükafatını qazanıb.
"Fatmagülün suçu ne?" serialı isə "İlin əfsanəvi serialı" mükafatına layiq görülüb
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.