banner
banner

Sosİal

Səmayə Məmmədova 2016-cı ilin mətbuat katibi seçilib

Səmayə Məmmədova 2016-cı ilin mətbuat katibi seçilib

Bakıda Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası və “Sportsman” jurnalı tərəfindən birgə təsis edilmiş “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatının növbəti təqdimetmə mərasimi keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə Azərbaycanın görkəmli idman mütəxəssisləri, tanınmış idmançılar, nazirlik, komitə və şirkətlərin səlahiyyətli nümayəndələri iştirak ediblər.

Mərasimdə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilin mətbuat katibi seçilib və mükafat ona təqdim edilib.

Qeyd edək ki, “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatı 2008-ci ildə təsis edilib. Formata əsasən, hər ilin yekununda müxtəlif nominasiyalar üzrə ilin qalibləri adına layiq görülmək üçün milli federasiyalar və idman klubları tərəfindən namizədlər irəli sürülür. Seçim Komissiyası respublikanın görkəmli idman mütəxəssisləri, tanınmış idman jurnalistlərindən təşkil olunur.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.