banner
banner

Şou

Oğulları Diananın heykəlini qoyduracaqlar

Oğulları Diananın heykəlini qoyduracaqlar

Şahzadə Diananın faciəli şəkildə ölümündən 20 il keçib. 

Oğulları Uilyam və Harri Böyük Britaniyanın keçmiş şahzadəsinin ölüm ildönümündə onun heykəlini qoydurmağı planlaşdırırlar. 
"Anamızın ölümündən 20 il keçir. Heykəlini qoyduraraq onun Böyük Britaniya və dünya üçün önəmli biri olduğunu göstərmək istəyirik. Ümid edirik ki, bu abidəni ziyarət edən hər kəs Diananın həyatı və mirasını xatırlayacaq" deyə, şahzadələr bildiriblər. 
Diananın heykəli Londonda Kensinqton sarayının həyətində qoyulacaq. Onun həvalə olunacağı heykəltəraşın adı hələ bəlli deyil. Amma şahzadə Uilyam və Harri bunun üçün ödəyəcəkləri vəsaiti ayırıblar. 

Qeyd edək ki, Diana 1997-ci il avqustun 31-də Parisdə avtomobil qəzasında dünyasını dəyişib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.