Selena Qomez yeni sevgilisi ilə istirahətdə - fotolar
Müğənni Selena Qomez yeni sevgilisi "The Weeknd" ilə İtaliyanın Florensiya şəhərində dincəlir.
Cütlük müxtəlif yerlərdə paparazzilərə tuş gəlib. Qeyd edək ki, bir müddət əvvəl Selenanın yaxınları onun "The Weeknd" ilə görüşməsindən narahat olduqlarını bildiriblər. Onlar gənc ifaçının yeni sevgilisindən sonra narkotik aludəçisi ola biləcəyini vurğulayıblar. Qomez isə heç kimin sözünə baxmayaraq, "The Weeknd" ilə münasibətinə davam edəcəyini söyləyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.