banner
banner

Şou

Mahsumun yeni filminə qadağa qoyuldu

Mahsumun yeni filminə qadağa qoyuldu

Müğənni və rejissor Mahsun Kırmızıgülün yeni təqdim etdiyi “Vezir parmağı” adlı filminin iki rayonda yayımlanması qadağan edilib.

Mersin şəhərinin Anamur rayonunun bələdiyyə sədri Mehmet Türe və Kayseri şəhərinin Dəvəli rayonunun bələdiyyə rəhbəri Mehmet Cabbar adıçəkilən filmin onların ərazisində yerləşən kinoteatrlarda yayımlanmasına icazə verməyiblər.
Mehmet Türe filmlə bağlı sosial şəbəkədə belə yazıb:
“Mən olduğum müddətdə Mahsun Kırmızıgül kimi birinin çəkdiyi “Vezir parmağı” və buna oxşar digər filmlər əsla Anamur sərhədləri daxilində yayımlana bilməz. Film bələdiyyə kinoteratrlarından silinib”.

Mehmet Cabbar isə “Vezir parmağı”nda olan bəzi səhnələrin milli-mənəvi dəyərlərə zidd olduğunu vurğulayıb: 

“Ssenarisində əcdadlarımızın adət-ənənəsini gülüş obyektinə çevirən Mahsun Kırmızıgülün “Vezir parmağı” heç vaxt bizim kinoteatrlara daxil ola bilməz”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.