banner
banner

Sosİal

Bakıya 29 sm qalınlığında qar yağıb - Fakitiki HAVA

Bakıya 29 sm qalınlığında qar yağıb -

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində fevralın 1-dən 2-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensiv olub.

Qurumdan Cia.az-a bildirilib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 0.3-6, Böyük Qafqazda 0.3-8, Kiçik Qafqazda 1-2, Naxçıvan MR-da 0.6-1, Lənkəran-Astara zonasında 3-25, Mərkəzi Aran rayonlarında  2-14, Qazax-Gəncə zonasında 0-4 mm təşkil edib.


Qar örtüyünün hündürlüyü Bakıda və Abşeron yarımadasında: Bakıda 29, Zabratda 17, Maştağada 11, Pirallahıda 2, Böyük Qafqazda: Sarıbaşda 67, Şamaxıda 28, Şəki, Kişçayda (Şəki) 27, İsmayıllıda 20, Altıağacda 18, Oğuz, Qəbələdə 13, Qubada 11, Zaqatalada 10, Xaltanda 9, Qusar, Xaçmaz, Balakəndə 6, Şabranda 3, Lənkəran-Astara zonasında:  Rvarudda 70, Lerikdə 59, Yardımlıda 32, Göytəpədə 21, Lənkəranda 17, Kəlvəzdə 14, Biləsuvarda 12, Astarada 6,  Kiçik  Qafqazda: Daşkəsəndə 21, Gədəbəydə 16,  Göygöldə 10, Naxçıvan MR-da: Ağdərədə 64, Şahbuz, Naxçıvanda 32, Şərurda 27, Ordubadda 3, Mərkəzi-Aran rayonlarında: Beyləqanda 24, İmişlidə 15, Cəfərxanda 12, Zərdab, Sabirabadda 10,  Qazıməmməd, Tərtər, Göyçayda 8, Mingəçevirdə 3, Salyanda 2, Kürdəmirdə 1, Qazax-Gəncə zonasında: Tovuzda 20, Ceyrançöldə 16, Ağstafada 10, Şəmkirdə 7, Gəncədə 3, Naftalanda 1 sm olub.


Havanın minimal temperaturu fevralın 02-də Bakıda və Abşeron yarımadasında 1-3, Aran rayonlarında 1-5, dağlıq rayonlarda 10-13, Naxçıvan MR-da 7-16 dərəcə şaxta təşkil edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.