Mərhum müğənni Maykl Ceksonun 18 yaşlı qızı Peris Cekson müğənni və aktyor Toni Oller ilə eşq yaşayır. Bu barədə Peris özü bildirib. O, İnstaqram səhifəsində “Əkizlər kimi olduq” statusu ilə yeni sevgilisinin fotosunu paylaşıb. Hər iki gəncin boynunda “skripka” açarının şəkli olduğu gözdən yayınmayıb.
Qeyd edək ki, Peris ötən həftə roker sevgilisi Maykl Snoddidən ayrılıb. Cütlük sonuncu dəfə Parisdə istirahətdə olanda Maykl Perisə onu sevmədiyini, sadəcə bağlandığını bildirib.
Bundan sonra Los-Ancelesdəki evinə tək qayıdan Cekson İnstaqram səhifəsindən Snoddi ilə olan bütün fotolarını silib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.