banner
banner

Sosİal

Zorla ərə verilən qız sevgilisi ilə qaçdı - VİDEO

Zorla ərə verilən qız sevgilisi ilə qaçdı -

İtkin kimi axtarışda olan gənc qızın sevgilisinə qoşulub qaçdığı ortaya çıxdı. Cia.az-ın  "Xəzər TV"yə istinadən məlumatına görə, Göyçayın Veysəlli kənd sakini, 21 yaşlı Sevinc Nəzərova 4 gün əvvəl yaşadığı evdən çıxaraq geri qayıtmayıb. Valideynləri onun tapılması üçün tədbirlər görsə də, nəticəsi olmayıb. Sonradan isə Sevinc Nəzərova anasına zəng edərək ailə qurmaq məqsədilə sevdiyi oğlana, Ağdaşın Xosrov kənd sakini, 22 yaşlı Hüseyn Əlizadəyə qoşularaq evdən getdiyini bildirib. Gənc qız valideynlərinin onu zorla başqa oğlana ərə vermək istədiyi üçün belə etdiyini deyir.

 

Hazırda bu iki gəncin məhəbbəti onları dərdə salıb. Çünki onlar bir-birinə qoşulub qaçsalar da, xoşbəxt ola bilmirlər. Belə ki, bir ildir bir-birlərini sevdiklərini deyən Hüseyn və Sevinc gizlənmək məcburiyyətində qalıblar. Oğlanın valideynləri qız evinin təzyiqi ilə üzləşdiklərini deyirlər. Sevinc Nəzərovanın yaxınları iki dəfə Xosrov kəndinə, Hüseyn Əlizadənin evinə gedərək onların yerini öyrənmək istəyiblər. Gənclər hazırda olduqları yeri valideynlərinə də bildirmirlər.

 

Valideynlər qızın zorla qaçırıldığını iddia edir və polisə müraciət ediblər. Sevinc yeniyetmə olmadığı üçün valideyinlərinə müraciət edərək həqiqətən öz razılığı ilə qaçdığını bildirib.

 

Gənclər hələlik qonşu rayonların birində qohumularının evində yaşayırlar.

  

VIDEO
 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.