Türkiyəli psixoloq Adəm Günəş bildirib ki, çox sərt və yüksək səslə bağırmaq uşağın ürəyində çox dərin yaralar açır. Odur ki, bu cür bağırmağın döyməkdən heç bir fərqi yoxdur.
Döyüldükdə də uşaq döyüldüyü üçün deyil, ürəyi ana-ata tərəfindən qoparıldığı və içinə qorxu düşdüyü üçün ağlayır. Valideynlər əksər hallarda uşaqlarımızın diqqətini cəlb etməyin başqa yolunu tapa bilmədiyimiz üçün qışqırırıq. Bu yolla biz onlara diqqət cəlb eləməyin yalnız qışqırıqla mümkün olduğunu öyrədir və beləliklə, gələcəkdə insanlarla münasibətdə hansı üsula əl ata biləcəkləri barədə onlara yanlış istiqamət vermiş oluruq. Çünki övladı ilə bağıra-bağıra danışan valideyn ona öz emosiyalarının öhdəsindən necə gəlməyi öyrədir.
Kiçik yaşlardan qışqırtı eşidən uşaqların qəlbi valideynlərinə qarşı sərtləşir və gələcəkdə onların pis mühitə düşmələri üçün şərait yaranır. Bu cür uşaqlarda valideynlərinin səsinə qarşı bir növ “karlıq” meydana gəlir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.