Kanadalı müğənni Maykl Babl yeni klipini təqdim edib. O, “İ believe in you” mahnısını ekranlaşdırıb. Klipdə bir qız və bir oğlanın uşaqlıqdan bir-birilərinə aşiq olmaları, evlilik həyatları və qocalıq dövrləri təsvir olunub. Sevgi üzərində çəkilmiş görüntülər artıq minlərlər insan tərəfindən izlənilib və bəyənilib.
Qeyd edək ki, Maykl və aktrisa həyat yoldaşı Lopilatonun 3 yaşlı oğlu Noa 3 ay öncə xərçəng xəstəliyindən əziyyət çəkirdi. O zaman Babl oğlu sağalmayanadək karyerasına başlamayacağını demişdi. Bu gün isə onun yeni klipini təqdim etməsi oğlunun xərçəngə qalib gəlməsinə işarədir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.