banner
banner

Sosİal

Heydərovun işçisinə milyonluq rüşvət ittihamı - İDDİA

Heydərovun işçisinə milyonluq rüşvət ittihamı

FHN-in Mülki Müdafiə Komissiyasının rəisi Əlövsət Məhərrəmovun 50 nəfəri aldatdığı iddia olunur

Bir neçə gün bundan əvvəl Ucar rayonu, Vaqif küçəsi ev 13-də yaşayan İsmayıl Kərimov JAM.AZ-a müraciət edərək, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Komissiyasının rəisi, polkovnik Əlövsət Məhərrəmov onu və ailə üzvlərini aldatdığını bildirmişdi. 

İ.Kərimovun sözlərindən belə başa düşülürdü ki, komissiyanın rəisi onun bacısı oğlu Rauf Mehdiyevi işə düzəltmək adıyla 6050 manat pul alıb. Lakin vədinə əməl etmədiyindən pulu geri istəsələr də, qarşı tərəf ödəniş etməkdən imtina edir. 

İ.Kərimov yazırdı ki, bacısı oğlu Rauf Mehdiyevi Dövlət Yanğından Müzafizə Xidmətinin Ucar rayon Şöbəsinə işə qəbul etmək üçün polkovnik onlardan bir neçə dəfə pul alıb. «Bu ilin yanvarında bizdən 3500 manat işə qəbul üçün, 2300 manat Ukraynada bu ixtisas üzrə oxuması, 250 manat isə kurs keçməsi üçün pul aldı. Bacım oğlu 3 ay kursa getdi, imtahan verib qəbul oldu və əmrini aldı. Sonra polkovnik Əlövsət Məhərrəmov bizə bildirdi ki, 12 sentyarbrda Raufu oxumaq üçün Ukraynaya göndərəcək və bundan sonra işə qəbul edəcək».

Şikayətçi qeyd edir ki, bu danışıqdan sonra polkovnik sentyabrda Rauf Mehdiyevi oxumağa göndərməyib və bildirib ki, gələn ilin yanvarından tez bui şi etmək mümkün deyil. Vəziyyəti belə görən Mehdiyevin qohumları da pullarını geri istəyiblər. «Bunu görən Əlövsət Məhərrəmov bacım oğluna işdən imtina ərizəsi yazdırdı. Amma indiyə qədər pulumuzu geri vermir. Üstəlik, bizi hədələməkdən də çəkinmir. Bizdə Əlövsət Məhərrəmovla telefon danışığının audioyazısı da var. Orada da açıq şəkildə deyir ki, başımızı ağrıdar və sairə».

Dünən redaksiyamıza daxil olan məlumata görə, Əlövsət Məhərrəmov təkcə Kərimovlar ailəsini deyil, başqalarını da aldadaraq, onlardan pul alıb. JAM.AZ-a müraciət edən şəxslərin iddialarına görə, Ucar sakinlərinin aqibətini yaşayanların sayı 50 nəfərdir və onların FHN-in polkovnikini verdikləri pulun ümumi məbləği olaraq 1,65 milyon manat göstərilir. Üstəlik, bu adamların bir araya gələrək, nazirliyin qarşısında aksiya keçirmək fikrində olduqları deyilir. 

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. //Jam.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.