banner
banner

Sosİal

Ötən il sanitar normalara cavab verməyən məhsullar – RƏSMİ

Ötən il sanitar normalara cavab verməyən məhsullar –

Respublika Sanitariya-Karantin Müfəttişliyinin laboratoriya şöbəsinin 2016-cı il ərzində sanitar-kimyəvi bölməsində 10460 müayinə, sanitar-bakterioloji bölməsində 6674 müayinə, toksikoloji bölməsində isə 4802 müayinə aparılıb.

Onlardan 1 nümunə (toyuq dərisi) sanitar-kimyəvi müayinələrə, 28 nümunə (ət, süd və konservləşdirilmiş məhsullar) sanitar-bakterioloji müayinələrə, 5 nümunə (uşaq oyuncaqları, makiyaj vasitəsi – pomada, efir yağları) toksikoloji müayinələrə ğörə sanitariya norma və qaydaların tələblərinə cavab verməyib.

Bu haqda Respublika Sanitariya-Karantin Müfəttişliyinin (RSKM) laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev bu gün keçirdikləri mətbuat konfransında məlumat verib.

O qeyd edib ki, bu məhsullardan təkrar nümunələr götürülərək müayinələr aparılıb:

“Nəticələri sanitar norma və qaydaların tələblərinə cavab verməyən məhsullar gigiyena qeydiyyatına alınmayıb. 2016-cı il ərzində laboratoriya şöbəsinin həkimləri tərəfindən respublikadan ixrac olunan məhsullar üzrə 68 dozimetrik müayinə aparılıb".

T.Vəliyev bildirib ki, hüquqi və fiziki şəxslərin rəsmi müraciətləri əsasında məhsulla bağlı sənədlər araşdırıldıqdan sonra laborator müayinələr üçün nümunələr götürülür:

 

"Nümunələr Səhiyyə Nazirliyinin 30.04.2010-cu il tarixli 25 №-li əmri ilə təsdiq edilmiş "Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər"də nəzərdə tutulmuş təhlükəsizlik göstəricilərinə görə müayinə edilir. Müayinələrin nəticələri bu normativlərin tələblərinə cavab verərsə, məhsul dövlət gigiyena qeydiyyatına alınır və realizasiyasına icazə verilir. Məhsulun laborator müayinələrinin nəticələri həmin normativlərin tələblərinə cavab vermədiyi halda, müvafiq tədbirlər görülür. Məhsulların dövlət gigiyena qeydiyyatına alınması zamanı istər gömrük-sərhəd keçidlərində, istərsə də respublika daxilində gecikmə hallarına yol verilmir".

 

Şöbə müdirinin sözlərinə görə, dövlət gigiyena qeydiyyatına alınan məhsullar Dövlət Gömrük Komitəsi ilə Respublika Sanitariya-Karantin Müfəttişliyinin elektron formada qarşılıqlı informasiya mübadiləsinin aparılması üçün birgə yaratdığı Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində (VAİS) yerləşdirilir. Bununla da gömrük-sərhəd keçidlərində və gömrük rəsmiləşdirilməsi aparılan terminallarda dövlət gigiyena qeydiyyatına alınmış məhsullar barədə tam məlumat olur.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.