İlaxır çərşənbəsi axşamı Bakıda yandırılan tonqallarda 6-sı uşaq olmaqla 7 nəfər yanıq xəsarəti alıb. Bunu Respublika Yanıq Mərkəzindən bildiriblər.
Məlumata görə, ötən gecə mərkəzə 7 nəfər gətirilib. Onlardan 6 nəfəri uşaq, biri isə 73 yaşlı şəxs olub: "Onlar Bakının müxtəlif ərazilərində yandırılan bayram tonqallarında yanıq xəsarətləri alıblar. Uşaqlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. 73 yaşlı kişinin müalicəsi isə mərkəzdə davam etdirilir". (“Report”)
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.