"Özüm heç vaxt "Maşın" şouda iştirak etmərəm" - Murad Dadaşov
Əməkdar artist Murad Dadaşov “ATV maqazin 10larla” verilişə mayda efirə gedəcək “Maşın” realiti-şoudan danışıb. Şoumen verilişdə yeni simaların iştirak etdiyini bildirib: “Redaktorlar siyahını mənə təqdim etdi, baxdım ki, 120 nəfər məşhur var ki, indiyənədək maşın şouda iştirak etməyiblər. Amma onlar arasında elələri var ki, nə qədər dəvət etmişik, gəlmirlər. Məsələn, Ədalət Şükürov, Tünzalə Ağayeva, Namiq Qaraçuxurlu, Manana. Mən onlardan incimirəm. Bu, həmin insanların şəxsi mövqeyidir. Onların təbiəti ilə bu şou düz gəlmir”. M.Dadoşov qeyd edib ki, onu da iştirakçı kimi bu şouya dəvət etsəydilər, razı olmazdı: “Ora o qədər gərgin bir məkandır ki…Televiziya oradakı gərginliyin heç 30 faizini tamaşaçılara çatdıra bilmir. İnandığın insanın satqınlığı ilə üzləşirsən, düşünmədiyin yerdən dəstək alırsan. O şou gerçək həyatımızdır”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.