Sarı zolağa görə cərimələnən sürücülər - 3 günə 29 min 120 manat
“Mayın 5-dən bu günə qədər IV İslam Həmrəyliyi Oyunları ilə bağlı çəkilən sarı zolaqlara daxil olan 728 sürücüyə elektron protokol yazılıb”.
Bu sözləri Cia.az-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Vaqif Əsədov bildirib ki, sürücülər diqqətli olmalıdırlar.
“IV İslam Həmrəyliyi ilə Oyunları ilə bağlı çəkilən zolaqlara nəzarət davam etdirilir. Bu zolaqlara daxil olan hər bir sürücü məsuliyyətə cəlb olunacaq”.
Şöbə rəisi həmçinin mayın 25-nə qədər avtomobillərin parklanması ilə bağlı da xəbərdarlıq edib.
“Mayın 5-dən 25-nə qədər olan müddətdə IV İslam Həmrəyliyi Oyunları ilə bağlı çəkilən zolaqlara yaxın yerləşən müvəqqəti avtomobil dayanacaqları ləğv edilib. Zolaqlara yaxın ərazilərdə parkomatlar olsa da ayın 25-nə qədər avtomobillərin parklanması qadağandır”.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları ilə bağlı paytaxt yollarına çəkilmiş xüsusi sarı zolaqlara digər nəqliyyat vasitələrinin girişi qadağandır.
May ayının 5-dən tətbiq olunan qadağaya əsasən, zolaqlara yalnız IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin təyin etdiyi və xüsusi işarələnmiş nəqliyyat vasitələri daxil ola bilər. Bu zolaqlara icazəsiz daxil olan nəqliyyat vasitələri 40 manat məbləğində cərimə ediləcək.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.