Camala "Eurovision 2017"dəki 985 minlik qonorarını ala bilməyib
"Eurovision 2016"nın qalibi Camala "Eurovision 2017"dəki çıxışı üçün nəzərdə tutulan qonorarı ala bilməyib. Cia.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə ifaçının prodüseri bildirib. Onun sözlərinə görə, sənətçiyə 985 min qriven (37 min dollar) verilməli idi. “Bir milyon qonorar 3 nömrə üçün nəzərdə tutulmuş məbləğdir. Bura daxildir: simfonik orkestr, rəqslərin quruluşu, hər nömrə üçün Camalaya tikilmiş xüsusi geyimlər, bek vokalçılar, hər nömrənin qrafiki. Hazırda bütün bu pulları mən verirəm. Mən verirəmsə, bu, o deməkdir ki, Camala heç bir qəpik də almayıb”. Qeyd edək ki, “Eurovision 2017”in ilk yarım finalı mayın 9-da olub. İkinci yarım final bu gün, final isə mayın 13-də olacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.