Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin təşəbbüsü ilə parlamentdə “Azərbaycanda sosial xidmət sisteminin, hüquqi, iqtisadi və təşkilati əsaslar” mövzusunda ictimai dinləmələr təşkil edilib.
Cia.az-ın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, artıq Azərbaycanda sosial xidmət sahəsində böyük islahatlar aparlıb, bu sahə üzrə yeni istiqamətlər yaradılıb.
Buna görə də vətəndaş cəmiyyətinin bu sahəyə cəlbi, hüquqi bazanın təkmilləşdirilməsi lazımdır.
İ.Rəhimov deyib ki, hazırda nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 339 uşaq tam dövlət nəzarətində yaşayır.
Nazirlik rəsmisi qeyd edib ki, 2011-2016-cı illər ərzində dövlət uşaq müəssisələrindən 137 uşaq daimi yaşayış üçün ailələrə qaytarılıb.
İ.Rəhimov bildirib ki, valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş gənclər üçün 120 və 125 mənzilli iki bina inşa edilib.
“Artıq Abşeron rayonu Masazır qəsəbəsində valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş gənclər üçün 3-cü mənzilin inşasına başlanılıb:
Bizim imkanımız var ki, belə binaların sayını artıraq. Bununla da bu cür gənclərin problemini aradan qaldırmağa nail olaq”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.