Aramsız yağan yağışlar Hacıqabulun dağ kəndlərində ciddi fəsadlar törədib. Modern.az APA-ya istinadən xəbər verir ki, yağan aramsız yağış nəticəsində Hacıqabul rayonunun Udulu qəsəbəsinə daxil Qubalı və Tava kəndləri sel sularına məruz qalıb.
Təbii fəlakətdən əsasən daha çox Qubalı kəndi ziyan görüb. Qubalı kəndində 15-dən çox fərdi yaşayış evlinə və təsərrüfatlara ciddi ziyan dəyib. Yağan yağışlar Pirsaat çayının məcrasından çıxmasına səbəb olub və nəticədə nar bağları, şəxsi təsərrüfatlarda əkin sahələri su altında qalıb.
Yaşayış evlərinin həyətlərini su basıb. Bir çox təsərrüfatlarda ev quşları tələf olub. Kəndlə rayon mərkəzini birləşdirən avtomobil körpüsü qəzalı vəziyyətə düşdüyündən kəndlə müvəqqəti əlaqə kəsilib. Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən bu gün qəzalı körpü bərpa edilib.
Təbii fəlakətin aradan qaldırılması və vətəndaşlara dəyən ziyanın miqyasını müəyyən etmək üçün Hacıqabul rayon icra hakimiyyətinin fövqəladə hallar komissiyası tərəfindən komissiya yaradılıb.
Hazırda təbii fəlakətin fəsadları aradan qaldırılır.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.