Futbolçu Arda Turanla ayrıldığı sevgilisi Aslıhan Doğan yenidən barışıblar. Axşam.az gecce.com-a isitnadən xəbər verir ki, cütlüyün barışmasını isə sosial şəbəkədə eyni vaxtda paylaşdıqları şəkil ələ verib. Belə ki, Aslıhan balaca uşaq şəkli paylaşaraq "Mənimki gəldi" sözlərini yazıb. Ondan sonra isə Arda həmin uşağın atası ilə nərd oynayərkən çəkilmiş fotosunu paylaşıb. Cütlüyün eyni vaxtda birlikdə olması izləyicilərin diqqətindən yayınmayıb. Məşhur cütlüyün paylaşımına "Sizin də münasibətiniz ayrılıb-barışmaqdan uşaq oyuncağına döndü" şərhi də yazılıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.