Bu gün əməliyyat olunacaq aktrisa: "Dualarınızı əsirgəməyin"
Türkiyənin məşhur aktrisası Hülya Koçyiğit xəstəliyə tutulub. Bir müddətdir ağciyərindən şikayət edən aktrisada xərçəng tapılıb. Bu gün ABŞ-da əməliyyat olacaq məşhur sənətçi sevənlərindən dua istəyib: “Bu gün mənim üçün çətin bir gündür. Sizlərə gözəl xəbərlər verməyi ümid edərək yazıram. Hələ Nyu-Yorkdayam. Ağciyərimdə tapılan xərçənglə bağlı əməliyyata girəcəm bir azdan. Sizlərdən mənim üçün dualarınızı əsirgəməmənizi ümid edirəm. Hər zaman gözəl diləklərinizlə yanımda olduğunuzu hiss etdirdiyiniz üçün hamınıza ayrı-ayrı təşəkkür edirəm. Var olun''.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.