banner
banner

Sosİal

Çimərlik mövsümü rəsmən iyunun 15-də açılacaq

Çimərlik mövsümü rəsmən iyunun 15-də açılacaq

Bu il çimərlik mövsümü iyunun 15-də açılacaq. Bu haqda cia.az-a Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin ( DSXX) xilasetmə və dalğıc işləri üzrə şöbə müdiri Elsevər Həsənov məlumat verib.

Qurum rəsmisi bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilən qərara əsasən, bu ildən etibarən çimərlik mövsümü iyunun 15-dən sentyabrın 15-dək vətəndaşların istifadəsində olacaq:

“Biz iyunun 1-dən etibarən gücləndirilmiş iş rejimində işləyirik. Qadağanedici, xəbərdaredici lövhələr müvafiq yerlərdə yerləşdirilib, üzmə sərhədləri müəyyənləşdirilib, şarlar qoyulub, suya abxış keçirilib. Həmçinin, xilasedicilər iş başındadır.  İyunun 1-dən etibarən dəniz kənarında dincəlməyə gələnlər var. Amma rəsmi açılış iyunun 15-də olacaq”.

 

E.Həsənovun sözlərinə görə, Xidmət qış mövsümündən başlayaraq çimərlik mövsümünə hazırlığa başlayıb:

“Xidmətin Bakıda və Abşeronda yerləşən 25 struktur bölməsində, respublikanın rayonlarında fəaliyyət göstərən strukturlarında tədris-metodik toplantılar keçirilib. Toplantılarda həm çimərlik mövsümünə hazırlıq, həm axtarış-xilasetmə işlərinin təşkili, həm də əməkdaşların peşə hazırlığının yüksəldilməsi məsələlərinə diqqət ayrılıb. Bununla paralel olaraq Xidmət əməkdaşlarının fiziki-peşə hazırlıqlarının artırılması məqsədilə Bakıda və rayonlarda üzgüçülük hovuzları icarəyə götürülüb. Onların üzmə qabiliyyətinin formada saxlanılması üçün mütəmadi olaraq məşğələlər keçirilib. Hazırda dalğıc hazırlıq kursları davam edir. Kurslara 20 nəfər əməkdaş cəlb olunub”.

E.Həsənov deyib ki, ölkəyə gələn turistlərin sayını çoxalması səbəbindən çimərlik mövsümünə hazırlıq intensiv olaraq həyata keçirilib.

 Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.