Məşhur türk müğənnisi Özcan Dənizin böyük qardaşı həbs oluna bilər.
Ö.Dənizin qardaşı prodüser Ərcan Dəniz, 2011-ci ildə "Ya Sonra" adlı filmin prodüserliyini öz üzərinə götürmüşdü. Həmin vaxtlar azərbaycanlılar tərəfindən də maraqla qarşılanan filmə 2 milyon türk lirəsi (təxmini 960 min manat) büdcə ayrılıb.
Film çəkilişləri zamanı Maliyə Nazirliyi “Vergiyə Nəzarət Etmə” təşkilatı, Ə. Dənizin saxta qəbz düzəldərək vergidən azad olmağa çalışdığını təsbit edib.
Prokurorluq Ə.Dəniz haqqında istintaq başladıb.
Prodüserin “vergi üsulu qanununa müxalif olmaq” cinayət tərkibli maddəsi ilə 5 il həbsi tələb olunur.
Qeyd edək ki, filmdə baş rolları Özcan Dəniz və Dəniz Çakır oynayıblar. Filmin rejissoru Ö. Dənizdir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.