ATV telekanalında yayımlanan "Maşın" realiti şounu sona yaxınlaşır. Modern.az saytı xəbər verir ki, ötən gecə şounun finalçıları bəlli olub. Belə ki sonuncu dəfə səs verməyə aktyor Fərda Xudaverdiyev çıxıb.
O, səs toplayacağı təqdirdə aktyor İslam Mehrəliyevi yarışmadan uzaqlaşdıracağını bildirib. Lakin, verilişin sonunda Fərda Xudaverdiyev lazımi qədər səs toplaya bilməyərək şounu tərk edib.
Nəticədə 4-cü dəfə keçirilən "Maşın" realiti-şousunun finalçıları Oksana Rəsulova, Elcan Rəsulov və İslam Mehrəliyev olub. Maşın onlardan birinə qismət olacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.