banner
banner

Sosİal

Şəkidə müəllim valideynləri boğaza yığıb - İDDİA

Şəkidə müəllim valideynləri boğaza yığıb

Əvəz Kərimovun şagirdləri döyməsinin adi hal olduğu deyilir, ona qarşı heç bir tədbir görülmədiyi iddiası var

«Əvvəllər törətdiyi cinyətə görə 3 il həbs cəzası çəkmiş hazırda isə digər cinayətinə görə 2 il icbari həbs cəzası çəkmədə olan Şəki rayonu Baş Göynük kənd 1 saylı orta məktəbin müəllimi Kərimov Əvəz Zöhrab oğlu son vaxtlar bütün acığını dərs zamanı uşaqlardan çıxır. O uşaqları amansızcasına döyməklə yanaşı, müəllimlərlə də əlbəyaxa olmaqdan çəkinmir». Bu sözləri JAM.AZ-a valideynlərdən biri Nüsrət Cəfərov yazıb.

Onun yazdığına görə, Əvəz Kərimov 2012-ci ildə əvvəl Pedaqoji Şuranın iclasında direktor müavini Söhbət Hacıyevi qadın müəllimələrin yanında küçə söyüşlərilə təhqir edib, sonra onun sifətini yumruqlayıb. «90 nəfərlik kollektiv hadisə barəsində akt tərtib edib göndərsələr də, faydası olmayıb. Bu adam əvvəl İqtisad Universitetinin mühasibatlıq fakultəsini qiyabi qurtarıb. Sonra da Müəllimlər İnstitunun Qazax Filialından 2004-cü ildə "Soğrafiya" ixtisası üzrə saxta diplom əldə edib və hazırda 3 ixtisas üzrə dərs deyir. Baxmayaraq ki, onun diplomunun saxta olması Təhsil Nazirliyinin kadrların idarə edilməsi şöbəsi tərəfindən aparılan araşdırma nəticəsində sübuta yetirilib. Bununla bağlı Şəki Təhsil Şöbəsinə 29 mart 2012-ci il tarixli məktub göndərilib».

Şəki sakini daha sonra yazır ki, Ə.Kərimovun sonuncu şagirddöymə əməli 4 gün əvvəl Sabiq Həşimov başına yumuruqları vurmasından sonra valideynlər arasında yaranan ajiotajdır. «7-ci sinif şagirdi aldığı zərbələrdən 40 dəqiqə sonra özünə gələ bilib. Müəllimlər 102 xidmətinə hadisə barədə məlumat versələr də, hələlik nəticə məlum deyil. Hadisə barədə sinif şagirdləri izahat yazıb, direktor akt tərtib edib. Bütün bu hadisələrin əsas səbəbkarı isə Şəki Məhkəməsinin saxtakar hakimidir ki, vaxtında Ə.Kərimovun şəxsi maraqlarını kənara qoyub Təhsil Nazirliyinin ifşa etdiyi 004756 saylı saxta diploma bəraət verməsəydi yəqin ki, camaatın uşaqları hər gün döyülməzdi».

Qarşı tərəfi də dinləməyə hazırıq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.