Lindsi Lohan oğurluq etdi - polis bölməsinə çağrıldı
Hollivudun qalmaqallı aktrisası Lindsi Lohan ayrıldığı gənc rus milyarder Eqor Tarabasovdan oğurluq edib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Eqor aktrisanı ondan 30 min dollar dəyərində bahalı “Rolex” saatını, geyim və qızıl əşyalarını oğurladığı üçün ittiham edib.
Hadisə ötən ay baş versə də, mətbuata bu gün sızıb. Baş verən insidentə görə Tarabasov polisə müraciət edib. 31 yaşlı aktrisa 24 yaşlı keçmiş sevgilisinin ittihamlarına görə 3 dəfə bölməyə çağrılıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.