banner
banner

Sosİal

Bakıda ətin qiyməti ucuzlaşdı - ŞAD XƏBƏR

Bakıda ətin qiyməti ucuzlaşdı

Paytaxtda ətin qiymətində 50 qəpik və ya 1 manat arası ucuzlaşma müşahidə edilir.

Əvvəlki vaxtla müqayisədə bazarda alıcı tapmaqda çətinlik çəkdiklərini deyən satıcıların sözlərinə görə, regionlardan gələn ət paytaxta çatana kimi bir qədər bahalaşır. Buna baxmayaraq ucuzlaşma hiss edilir. 

“Alıcılıq qabiliyyəti zəifdir. Ucuzlaşma bundan da irəli gələ bilər. Amma rayondan gələnlər deyir ki, bölgələrdə mal-qara bol olduğuna görə, qiymətlər bir qədər ucuzlaşıb. Biz də dəqiq bilmirik”.

Hazırda ətin qiymətində müşahidə edilən ucuzlaşmanın digər ət məhsullarının qiymətinə hələ ki təsir etmədiyini deyən ekspert hesab edir ki, əgər gələcəkdə ət bahalaşarsa digər məhsullar da bahalaşa bilər. Bunun qarşısını almaq üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ciddi tədbirlər görülməlidir. Nazirliyin şöbə müdiri Qabil Əbdüləliyev APA TV-yə bildirib ki, ətin qiymətinin ucuzlaşmasının səbəbi yem və yem məhsullarının qiymətinin bahalaşmasıdır. 

“Ötən il ölkə ərazisində yem və yem məhsullarının tədarükü bir qədər aşağı düşüb. Bu əsasən suvarılmayan ərazilərdə daha çox müşahidə edilib. Bu da yem və yem məhsullarının qiymətinə təsirsiz ötüşməyib. Bu səbəbdən də fermerlər mal-qaranı satışa çıxarırlar. Yeni mövsümdə ot məhsulları becəriləndən sonra yenidən mal-qara alacaqlar”.

Nazirlik rəsmisi deyir ki, yaz aylarında ət məhsullarının bahalaşma ehtimalı heç bir narahatlıq yaratmamalıdır. Bahalaşma olarsa, bunu bazar özü tənzimləyəcək. Hazırda mal-qaranın satışı süd və süd məhsullarında hər hansı bahalaşmaya səbəb olmayacaq. Çünki ölkənin süd istehsalı iri təsərrüfatlar hesabına təmin edilir. Ötən il ölkədə 185,6 min ton süd istehsal edilib ki, bu da ötən illərin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz artıq miqdara bərabərdir. Qeyd edək ki, hazırda daxili istehsal hesabına mal əti 87 faiz, qoyun əti 97 faiz, quş əti isə 98 faiz təmin edilir.

Xatırladaq ki, analoji vəziyyət regionlarda da müşahidə edilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.