Azərbaycanda qeydiyyatda olan çimərliklərin sayı açıqlanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovun Modern.az-a verdiyi məlumata görə, qeydiyyatda və xilasedicilərin fəaliyyət göstərdiyi 41 çimərlik var:
“Onlardan birində - Tağıyev qəsəbəsindəki çimərlik ekoloji səbəblərdən bağlanıb. Təhlükəli və çirkli yerlərdə isə "Çimmək qadağandır" xəbərdarlıq nişanları qoyulub”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.