banner
banner

Sosİal

31 ölkədən tələbələr Qusara toplaşır

31 ölkədən tələbələr Qusara toplaşır

3-5 iyul tarixlərində Azərbaycanın Qusar şəhərində "Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar" mövzusunda II Beynəlxalq Tələbə Konfransı keçiriləcək.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, "Shahdag Hotel & Spa" turizm mərkəzində BP şirkətinin dəstəyi ilə təşkil olunan konfransın açılış mərasimində Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki, professor Aydın Əliyev, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin prezidenti, professor Deyvid Uiddouson, Uruqvay Milli Gömrük Direktorluğunun rəhbəri, doktor Enrike Kanon və Gürcüstan Gömrük Departamentinin rəhbəri Vladimer Xundadzenin iştirakı nəzərdə tutulub.

İyulun 3-də, açılış mərasiminin ardınca konfransın fəxri qonağı - Arizona Dövlət Universitetinin professoru, iqtisadi elmlər üzrə Nobel mükafatı laureatı Edvard K.Preskottun "ABŞ iqtisadiyyatının mövcud vəziyyəti" mövzusunda çıxışı dinləniləcək. İyulun 4-də isə digər fəxri qonaq - London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin professoru, iqtisadi elmlər üzrə Nobel mükafatı laureatı Kristofer Pissarides "Robotlar və süni intellekt dövründə fəaliyyət" mövzusunda məruzə söyləyəcək.

Konfransa Azərbaycan da daxil olmaqla 31 ölkədən - Avstraliya, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Kamboca, Çin, Gürcüstan, Almaniya, Macarıstan, İslandiya, İran, İtaliya, Qazaxıstan, Laos, Litva, Makedoniya, Moldova, Filippin, Polşa, Rusiya Federasiyası, Seneqal, İspaniya, Türkiyə, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Uruqvay, Amerika Birləşmiş Ştatları, Özbəkistan və Vyetnamın universitetlərində gömrük ixtisası üzrə təhsil alan tələbələr, gömrük sahəsində ixtisaslaşan elm adamları, eləcə də məşhur gömrük mütəxəssisləri qatılacaq.

Həmçinin konfransda 4 beynəlxalq təşkilatın (Ümumdünya Gömrük Təşkilatı, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi, BP və Easy Frontier) nümayəndələri iştirak edəcək.

Konfrans "Ticarətin asanlaşdırılmasında gömrük idarəçiliyinin rolu", "Gömrük sahəsində qabaqcıl təcrübələr", "Gömrük-Biznes tərəfdaşlığı", "Gömrük qanunvericiliyinin modernləşdirilməsində beynəlxalq təcrübə", "Rəqəmsal gömrük/elektron gömrük, elektron ticarət və gömrük məlumatlarının təhlili" və "Biliyə əsaslanan gömrük təhsili (bacarıqlar, səriştələr və s.)" adı altında 6 sessiya üzrə keçiriləcək və sessiyalarda 60-dək məruzə dinləniləcək.

Məruzələr isə gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar, sərhəd və ticarət təhlükəsizliyində gömrüyün rolu, gömrük əməliyyatları və risklərin idarə edilməsi, gömrük infrastrukturunun inkişafı, gömrük-biznes nailiyyətləri, gömrük qanunvericiliyinə riayət olunmasının idarə edilməsi, elektron kommersiyanın gömrük tənzimlənməsi, gömrük işi sahəsində kadrların hazırlanması üzrə innovativ yanaşmalar və s. mövzuları əhatə edəcək.

Xatırladaq ki, I Beynəlxalq Tələbə Konfransı "Gənclərin dialoqu - beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi yolu ilə potensialın artırılması" mövzusunda 2016-cı ilin iyun-iyul aylarında Qəbələ şəhərində keçirilib.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.