Ağsuda peyda olan böyük Qafqaz gürzəsi öldürüldü - FOTO
Ağsu rayonunda böyük ilan öldürülüb.
Cia.az-un Trend-ə istinadla məlumatına görə, hadisə rayonun Bico kəndi ərazisindəki dağlıq sahədə baş verib.
Heyvandarlıqla məşğul olan kənd sakinləri sahədə qəribə səs eşidiblər. Səs istiqamətinə yollanan sakinlər sahədə böyük ilanla qarşılaşıblar. Ən zəhərli ilanlardan hesab edilən gürzə ilanını ağacla öldürmək mümkün olmayıb. Çarəsiz qalan sakinlər ilanı ov tüfəngi ilə öldürüblər.
Öldürülən ilan Qafqaz gürzəsidir. Gürzənin uzunluğu 2 metr 60 santimetr olub.
Sakinlər Trend-ə bildiriblər ki, bu növ ilanlar son günlər Bico kəndinin ərazisinə yayılıb. Son bir ayda kənd ərazisində 20-dən artıq gürzə öldürülüb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.