Alişan Metin və Adriana sevgisi haqda: "Reklamımızı yaxşı edib"
Ötən gecə müğənni Alişan bacanağı ilə restoranlardan birində yemək yeyərkən görüntülənib. Nişanlısı Eda Erol və baldızı Esra Erol Amerikada tətil edərkən Alişan və bacanağı Türkiyədə dincəlirlər. Restoran çıxışında jurnalistlərin də suallarını cavablandıran ifaçı son zamanlar gündəm olan Metin Hara və Adriana Lima sevgisinə münasibət bildirib: “Metin tez-tez bizim verilişin qonağı olurdu. Onu kiməsə asan aşiq olan biri kimi tanımırdım. Böyük sürpriz oldu. İnşaallah, reklamımızı yaxşı eləyib”. Sonda nişanlısı Eda xatırlayan Alişan “Mənim Adrianam bəliidir” deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.