Nikahdankənar doğulan uşaqların sayı açıqlandı - Şok statistika
Ötən il nikahdan kənar doğulan uşaqların sayı 26288 olub. Doğulan uşaqların əksəriyyətinin ailəsi mövcuddur. Yəni əsas problem odur ki, valideynlər rəsmi nikaha barmağarası baxır. Ancaq daha da narahatedici məqam bundan ibarətdir ki, nikahdan kənar doğulan uşaqların bir sıra hüquqi problemlərinin yaranması labüddür. Bu problemlərin başında isə aliment məsələsi gəlir. Belə ki, uşaq nikahdan kənar doğulanda və sonra bu ailə dağılanda aliment təyin edilməsində ciddi problemlər yaşanır. Nikahdan kənar doğulan uşaqlarla bağlı daha bir problem isə uşaqların xaricə çıxması anında onların ölkədən getməsinə valideynlərin mümkün etirazıdır. Çünki, valideynlərdən birinin etirazı olarsa 18 yaşına qədər uşaqlar ölkəni tərk edə bilməz.
Onu da qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin ölkə üzrə bütün din xadimlərinə göstərişi var ki, rəsmi nikah olmadan kəbin kəsilməsin. Ancaq görünən odur ki, ya din xadimləri bu qaydaya əməl etmirlər, ya da bu nikahdankənar cütlüklərin heç dini kəbini də yoxdur.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.