Adriana Lima və İrina Şeyk eyni layihədə - - fotolar
"Harper’s Bazaar" jurnalı payızın ilk buraxılışı üçün İrina Şeyk, Adriana Lima və "Weeknd" ilə fotosessiya edib. Görüntüləri fotoqraf Bricit Lakomb çəkib. Xüsusilə, Adriana və İrinanın fotoları diqqət çəkib.
Onlardan başqa dərginin sentyabr sayı üçün Kortni Lav, Nataşa Poli, Kendis Sveynpol, Karli Kloss, Caan Smolls, Travis Skott da poz verib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.