Aktrisa Fahriye Evcen İnstaqramda izləyici sayı 6 milyonu keçdiyi üçün fanatlarına təşəkkür edib. Bunun üçün xüsusi foto çəkdirən Fahriye tənqid hədəfi olub. Onun bu fotosunun məşhur model Teylor Hilldən ilhamlandığı üzə çıxıb. Bunu diqqətdən qaçırmayan izləyicilər və media aktrisanı tənqid ediblər. Bundan bir müddət əvvəl Fahriye 5 milyona çatanda da bənzər paylaşım edibmiş. Həmin poz da Teylor Hilldən götürülüb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.