Mila Kunis 35 ildən sonra vətəni Ukraynada - fotolar
Müğənni Mila Kunis və həyat yoldaşı Eşton Katçer Ukraynanın Çernovçı şəhərində olublar. Cəmi 4 saatlıq səfər zamanı cütlüklə şəkil çəkdirdən otel işçiləri fotoları sosial mediada yayıblar.
Qeyd edək ki, Mila Kunis Çernovçı şəhərində anadan olub. Anası o zaman Ukraynada müəllim, atası isə mexanik işləyib. 1991-ci ildə ailə ABŞ-ın Los-Anceles ştatına deportasiya edilib. Xatırladaq ki, 35 yaşlı Mila ilə 39 yaşlı Eştonun 2 yaşlı Uayett adlı qızı və 7 aylıq Dmitri adlı oğlu var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.