Aslı Muraddan ayrılmadığını belə sübut etdi - foto
Yenicə küsüb barışan müğənni Murad Boz və aktrisa Aslı Enver arasında ikinci dəfə ayrılıq yaşandığı iddiası yayılıb. Meksikaya qardaşının yanına gedən Aslı ilə "Kardeşim benim 2"nin çəkilişləri üçün Türkiyədə olan Murad bir müddətdir ki, bir araya gələ bilmirdi. Ayrılıq iddialarına Aslıdan cavab gəlib. O, Muradın çəkilişlərdə olduğu Kapadokyadan foto paylaşaraq birlikdə olduqlarına işarə verib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.