6 aylıq ayrılıqdan sonra müğənni Ketti Perri və aktyor Orlando Blum yenidən birlikdə görüntüləniblər.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, cütlük Los-Ancelesdə konsertlərdən birinə qatılıb.

Konsertdə iştirak edən tamaşaçıların çəkdiyi şəkillərdə və verilən məlumatda ikilinin tədbir boyu şən olduğu, öpüşdüyü, qucaqlaşdığı və bir-birindən ayrılmadığı bildirilir.

Qeyd edək ki, cütlük ötən ilin baharından görüşməyə başlayıb. Bu ilin fevralında isə onların qəfil ayrıldığı xəbəri yayılıb.