Neslihan və Kadirdən daha bir romantik paylaşım - foto
Tez-tez romantik görüntüləri ilə izləyicilərin böyük marağına səbəb olan aktrisa Neslihan Atagül və Kadir Doğulu yeni foto paylaşıb. Bu dəfəki şəkildə Neslihanın Kadirin saçını hörməsi və yanağından öpməsi əks olunub. Doğulu öz səhifəsində yerləşdirdiyi fotonun altına “Hörgüdə bir nömrəli Neslihan Doğulu, o elədi” qeydini yazıb.
Bu şəkil hər iki məşhurun səhifəsində minlərlə insan tərəfindən bəyənilib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.