Bir zamanlar məşhur olan “Bücür Cadı” serialında Zeliş rolu ilə tanınan aktrisa Merve Erdoğanı indi görənlər tanımaqda çətinlik çəkirlər.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 3 yaşından aktrisalığa başlayan Merve 2000-ci ildə çəkilən “Bücür Cadı” serialın ilə daha çox şöhrət qazanıb.
Ən son isə “Aşk və Mavi” serialı ilə tamaşaçı qarşısına çıxan aktrisa gözəlliyi ilə hər kəsi valeh edir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.