banner
banner

Sosİal

Bakı sakinləri üçün həyəcan təbili - küçədə çox gəzməyin

Bakı sakinləri üçün həyəcan təbili

Son zamanlar havada tozun miqdarı normadan çoxdur. Paytaxtda bu norma avqust və sentyabr aylarında daha da artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri buna səbəb kimi yay fəslinin çox quraq keçməsini göstəriblər.

Onların fikrincə, buna səbəb ölkə ərazisinə daxil olan güclü şimal-qərb küləyinin təsiri nəticəsində yerin üst qatında olan tozun atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır. Müşahidə olunan toz tranzit gətirmə deyil.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə günorta və axşam saatlarına doğru tozun havada miqdarının sanitar normadan 30-40 faiz artıq olduğu qeydə alınıb.

Cia.az xəbər verir ki, məsələ ilə əlaqədar həkimlər həyəcan təbili çalırlar. Tibb elmləri doktoru, professor, Respublikanın əməkdar həkimi, Əməkdar elm xadimi, ATU-nun Terapiya kafedrasının professoru, Baş allerqoloq Cəbrayıl Məmmədov Ölkə.Az-a açıqlamasında bildirib ki, tozlu hava bütün insanlara təsir edə bilər. Onun sözlərinə görə, belə hava əsasən bronxial astma xəstəliyi olan insanlara mənfi təsir göstərir.

“Əsasən bronxial astma xəstəliyi olan insanlara mənfi təsir göstərə bilər. Belə insanlar həmişə özləri ilə dərmanlarını gəzdirirlər. Onlar dərmansız qala bilmirlər. Belə havalarda həmin xəstələrin tutmaları artır. Onlar özlərini narahat hiss edən kimi dərmanlarından istifadə etməlidirlər. Hər bir astmalı xəstə profilaktik olaraq bilir ki, nə etməlidir”, - deyə Cəbrayıl Məmmədov bildirib.

Məsələ ilə əlaqədar Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib ki, belə hallarda insanlar mütləq özlərini qorumalıdırlar. Onun sözlərinə görə, normadan artıq çirklənmədə uzun zaman açıq havada qalmaq olmaz.

“Havanın belə çirklənməsi uzun müddətli xarakter daşıyarsa, insanlarda yuxarı tənəffüs yolları xəstəlikləri yarada bilər. Xroniki xəstəliklərə səbəb ola bilər. Eyni zamanda gözün selikli qişasında konyuktivit (gözün selikli qişasının iltihabı xəstəliyi) yarada bilər. Bu zaman xüsusi müdafiə vasitələrindən, maskalardan istifadə edilməlidir. Tozlu havada küçədə çox qalmaq olmaz”, - deyə Ziyəddin Kazımov vurğulayıb

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.