banner
banner

Şou

Beyons, Ceni Cekson, Kevin Harddan möhtəşəm addım - fotolar

Beyons, Ceni Cekson, Kevin Harddan möhtəşəm addım - fotolar

Xəbər verdiyimiz kimi, ABŞ-ın Texas ştatında “Harvey” qasırğası tüğyan edir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Hyuston şəhərində baş verən təbii fəlakət nəticəsində onlarla insan ölüm, yüzlərlə insan təxliyə edilib, minlərlə evə ziyan dəyib.

Bu hadisəyə məşhurlar da biganə qalmayıblar. Onlar qasırğa nəticəsində əziyyət çəkənlərə pul yardımı göndərməklə yanaşı, əraziyə də baş çəkiblər.

Belə ki, müğənni Beyons qızı Blu Ayvi və əri Cey Zi ilə doğulduğu Hyustona gedib. O, öz hesabına 400 nəfərlik yemək stolu təşkil edib. Bundan başqa təxliyə olunmuş insanlara gətirdiyi yardımı da özü paylayıb.







Əraziyə eyni zamanda ifaçı Ceni Cekson qardaşı Rendi Cekson və şəhərin meri Silvestr Ternerla birgə baş çəkib. 



Komediya aktyoru Kevin Hard və basketbolçu Kris Pol da insidentdən əziyyət çəkənlərlə görüşüb.

Qeyd edək ki, amerikalı aktyor Leonardo Di Kaprio zərər çəkənlərə bir milyon dollar, aktrisa Sandra Ballok bir milyon dollar, Kardaşyan ailəsi 500 min dollar göndəriblər. Digər kömək edən ulduzlar arasında müğənni Cennifer Lopez və sevgilisi Aleks Rodrigesin, Niki Minajın, Kevin Hartın və digərlərinin də adı var. 

Ümumilikdə, “Harvey” qasırğasından əziyyət çəkənlər üçün ayrılmış fonda 100 milyon dollar yaxın məbləğin ayrıldığı bildirilir.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.