Göygölə turist axını rekord vurdu - 4153 əcnəbi, 69524 azərbaycanlı...
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2017-cı il başlayandan bu günədək “Göygöl” qoruğunu ziyarət edən turistlərin sayını açıqlayıb.
Qurumun mətbuat xidmətindən cia.az saytının sorğusuna cavab olaraq bildirilib ki, bu il başlayandan sentyabrın 15-dək qoruğu 73677 nəfər ziyarət edib. Belə ki, bu il ərzində ziyarətdə olan turistlərdən 4153-ü əcnəbi, 69524-ü isə azərbaycanlı vətəndaşlar olub.
Qeyd edək ki, 2008-ci ildən “Göygöl”ə Milli Park statusu verilib. Göygöl Milli Parkının yenidən kütləvi istirahət və gəzintilərə açılması ilə bağlı burada Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təbiətin mühafizəsi və ekosistemin qorunması istiqamətində daimi nəzarət və tədbirlər həyata keçirilib.
2015-ci ildən etibarən qoruq ziyarətçilər üçün açıq elan olunub.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.