"Heç kimin məni tanımadığı yerdə qarsonluq etdim" - Aslı Enver
“Star”da yeni mövsümdə yenidən yayımlanacaq “İstanbullu gelin”in çəkilişləri davam edir. Serialın baş rol ifaçıları Aslı Enver bunun üçün 10 günlük Praqaya gedib. Sürəyyə obrazımı canlandıran Aslı orada kafelərdən birində qəhvə hazırlamağı öyrənib. Serialda qəhvə hazırlayan kimi çalışacaq Enver çəkilişdən kənar qarsonluq etdiyini də vurğulayıb: “Heç kimin məni tanımadığı yerdə qarsonluq etdim. Xoş oldu”
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.