Fransada evlənməyə hazırlaşan aparıcı-prodüser Acun Ilıcalı ilə Şeyma Subaşının toyuna az qalıb.
Sabah nikah masasına oturacaq Şeyma İnstaqram səhifəsində gəlinlik donunun şəklini paylaşıb. Fotonun altından paltara və aksessuarlara görə iki yaxın dostuna təşəkkürünü bildirən Subaşı hər şeydən razı qaldığını qeyd edib.
Xatırladaq ki, Acun qızı Melisanın anası Şeyma Subaşı ilə Fransanın məşhur otellərindən birində toy mərasimi təşkil edəcək. Cütlüyün nikah şahidləri Esat Yontuçla Kübra Subaşı olacaq.
Toydan sonra cütlük məşhur ”Byblos” otelinə yollanacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.